Xəbərlər
AZTU-da YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.
AZTU-da YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.
Azərbaycan Texniki Universitetində AZTU Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələr və onların həyata keçirilməsi ilə bağlı müşavirə keçirilib.
Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Müşavirədə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, “Hüseyn Cavid 25” ünvanı üzrə (AzTU) ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev və AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekan müavini və HİK büro sədri Amin Məmmədov çıxış ediblər.
Müşavirədə YAP-ın VIII Qurultayında qarşıya qoyulmuş vəzifələrin mahiyyəti geniş şəkildə müzakirə olunub.
Azərbaycan Texniki Universitetinin əməkdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” tamaşasını izləyiblər.

Azərbaycan Texniki Universitetinin əməkdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” tamaşasını izləyiblər.
Azərbaycan Texniki Universitetinin əməkdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” tamaşasını izləyiblər.
Azərbaycan mədəniyyətinin və milli teatr sənətinin təbliği baxımından əhəmiyyətli olan tamaşa iştirakçılarda xoş təəssürat yaradıb. Bu cür mədəni tədbirlər əməkdaşların asudə vaxtının səmərəli təşkili, incəsənətə marağın artırılması və kollektivdə mənəvi bağlılığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Texniki Universitetində (AZTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AZTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib
Tədbirdə çıxış edən AZTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqov çıxış edərək müəllimlərin cəmiyyətin inkişafında və gənc nəslin yetişdirilməsində xüsusi xidmətlərindən danışıb. O, müəllim əməyinin daim yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb və tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Tədbirin əsas hissələrindən biri universitetin ictimai və mədəni həyatında fəal iştirak edən 21 müəllimin fəxri fərmanla təltif olunması olub. Təltif olunan müəllimlərin universitet həyatına verdikləri töhfələr, fəallıqları və müxtəlif təşəbbüslərdə iştirakları xüsusi qeyd edilib. Fəxri fərmanlarla təltif olunan müəllimlərin fəaliyyəti, həmçinin universitetdə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) təşviqinə və həyata keçirilməsinə verdikləri töhfələr baxımından da əhəmiyyət daşıyır.
Tədbirin ən maraqlı və yaddaqalan məqamlarından biri görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsəri “O olmasın, bu olsun” komediyasının müəllim və tələbələr tərəfindən səhnələşdirilməsi olub. Müəllimlər bu dəfə auditoriyada deyil, səhnədə öz istedad və yaradıcılıqlarını nümayiş etdirərək tamaşaçılara xoş ovqat bəxş ediblər. Peşəkar və səmimi ifalar, obrazların canlı təqdimatı, yumor və milli koloritlə zəngin səhnələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşa universitetin professor-müəllim heyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Müəllimlərə tortlar təqdim edilmiş, müxtəlif şirniyyatlarla zəngin çay süfrəsi təşkil olunmuşdur. Eyni zamanda bayram günü münasibətilə professor - müəllim heyətinə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına biletlər təqdim olunmuşdur.
AZTU Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 02 oktyabr 2026-cı il tarixində Ümumdünya Laiqli Əmək gününə həsr olunmuş tədbir təşkil olunmuşdur.

AZTU Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 02 oktyabr 2026-cı il tarixində Ümumdünya Laiqli Əmək gününə həsr olunmuş tədbir təşkil olunmuşdur.
AZTU HİK sədri Lalə Piriyeva tədbirdə çıxış edərək qeyd etdi ki, 7 oktyabr- Ümumdünya Laiqli Əmək günüdür. Bu gün Həmkarlar İttifaqları tərəfindən qeyd olunur və laiqli əmək, ədalətli əmək haqqı, təhlükəsiz iş şəraiti, əmək hüquqları, sosial müdafiə və kollektiv müqavilə hüququ kimi məsəslələrə diqqət yönəldilir. Bu gün 2008-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə keçirilir. Tədbirdə ilk çıxış edən AZTU-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Mustafayev Vidadi “ Ümumdünya Laiqli Əmək günü” haqqında ümumi məlumat verdi. Daha sonra məruzəçi AZTU-nun Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllimi Əmirova Türkan “Uşaqların sağlamlığına, təhlükəsizliyə və mənəvi inkişafına zərər vura biləcək işlərə cəlb olunmasının qarşısının alınması” haqqında məruzə ilə çıxış etdi.
Tədbirə qonaq qismində dəvət olunmuş məruzəçi Xəzər Dəniz Gəmiçiliyi İnsan Resursları Departamentinin müdiri və Azərbaycan Dövlət İqtisad Universiteti Biznesin idarəedilməsi kafedrasının dosenti Məmmədova Sevda “ Məcburi əmək, yetkinlik yaşına çatmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması, uşaqların sağlamlığına təhlükəsizliyinə zərər vura biləcək işlərə cəlb olunması,işə qəbul, vəzifədə irəli çəkilmə, ailə öhdəliklərinin bölüşdürülməsi” mövzularının tədbir iştirakçıları ilə interaktiv şəkildə müzakirələr aparmışdır. Tədbir əməkdaşlar tərəfindən böyük marağa səbəb olmuşdur.
AZTU HİK sədri Lalə Piriyeva tədbirdə çıxış edərək qeyd etdi ki, 7 oktyabr- Ümumdünya Laiqli Əmək günüdür. Bu gün Həmkarlar İttifaqları tərəfindən qeyd olunur və laiqli əmək, ədalətli əmək haqqı, təhlükəsiz iş şəraiti, əmək hüquqları, sosial müdafiə və kollektiv müqavilə hüququ kimi məsəslələrə diqqət yönəldilir. Bu gün 2008-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə keçirilir. Tədbirdə ilk çıxış edən AZTU-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Mustafayev Vidadi “ Ümumdünya Laiqli Əmək günü” haqqında ümumi məlumat verdi. Daha sonra məruzəçi AZTU-nun Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllimi Əmirova Türkan “Uşaqların sağlamlığına, təhlükəsizliyə və mənəvi inkişafına zərər vura biləcək işlərə cəlb olunmasının qarşısının alınması” haqqında məruzə ilə çıxış etdi.
Tədbirə qonaq qismində dəvət olunmuş məruzəçi Xəzər Dəniz Gəmiçiliyi İnsan Resursları Departamentinin müdiri və Azərbaycan Dövlət İqtisad Universiteti Biznesin idarəedilməsi kafedrasının dosenti Məmmədova Sevda “ Məcburi əmək, yetkinlik yaşına çatmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması, uşaqların sağlamlığına təhlükəsizliyinə zərər vura biləcək işlərə cəlb olunması,işə qəbul, vəzifədə irəli çəkilmə, ailə öhdəliklərinin bölüşdürülməsi” mövzularının tədbir iştirakçıları ilə interaktiv şəkildə müzakirələr aparmışdır. Tədbir əməkdaşlar tərəfindən böyük marağa səbəb olmuşdur.
AZTU əməkdaşlarının yubileyi qeyd olunub.

AZTU əməkdaşlarının yubileyi qeyd olunub.
Belə ki, ənənəvi olaraq AZTU-nun rektorluğu Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitet əməkdaşlarının yubileyləri münasibətilə tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi əməkdaşların əməyinin qiymətləndirilməsi, yubiley münasibətilə təbrik olunması olmuşdur.
Tədbir zamanı avqust və sentyabr ayı üzrə yubiley yaşı tamam olan əməkdaşların Maşınqayırma texnologiyası kafedrasının dosenti Abbasova Gövhər Nadir qızı, Mexanika və maşın dizaynı kafedrasının müəllim köməkçisi Sultanova Natəvan Əli qızının, Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının baş müəllimi Şıxıyeva Aytən Ənvərpaşa qızının, həmin kafedranın dosenti Mustafayev Təyyar Əli oğlunun, Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının kargüzarı Qasımova Mehriban Nemət qızının, Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının dosenti Yusifov Vaqif Həmid oğlunun, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının baş müəllimi Abdullayev Teymur Qüdrət oğlunun, Bir pəncərə xidmət şöbəsi mütəxəssisi Əliyeva Kəmalə Bahadır qızının, İnfrastrukturun idarə edilməsi departamenti əməkdaşları Məmmədova Almas Əli qızının, Cəbrayılova Zülfiyyə Müqatil qızının universitetin fəaliyyətində göstərdikləri xidmətlər və əmək fəaliyyəti qeyd edilmişdir. AZTU rektorluğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən yubilyarlara fəxri fərman, hədiyyələr təqdim olunmuş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
AZTU əməkdaşlarının yubileylərinin qeyd olunması
AZTU əməkdaşlarının yubileylərinin qeyd olunması
Ənəyə sadiq qalaraq AZTU-nun rektorluğu və AZTU Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə əməkdaşların yubileyləri qeyd edilmişdir. Elm və təhsil sahəsində göstərdikləri yüksək peşekarlığa, yüksək məsuliyyət və kollektivdə qazandıqları hörmətlə seçilən Nəqliyyat və logistika fakültəsinin dosenti Əliyev Əlləz Hacıəhməd oğlu, Sənaye iqtisadiyyatı və menecment fakültəsinin professoru Hüseynova Arzu Doğru qızı, Maşınqayırma və metalurgiya fakültəsinin professoru Talıbov Güləhməd Mirəhməd oğlu və dosenti Qasımov Rəşid Cümşüd oğlu, Xüsusi texnika və texnologiyalar fakültəsinin dosenti Rzayev Elçin Davud oğlu, İnformasiya texnologiyaları və telekomunikasiya fakültəsinin baş müəllimi Rizvanova Mülayim Mehdi qızı, Müdafiə texnologiyaları və Kibertəhlükəsizlik institutunun tədqiqatçı – alimi İbrahimov Əli Adil oğlu, İnsan resurslarının idarə edilməsi departamentinin mütəxəssisi İbrahimova İradə Rəşid qızı, Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin aparıcı mühəndisi İbrahimov Afər Xammər oğlu, İnfrastrukturun idarə edilməsi departamentinin komendantı Hüseynov Sərdar Həsən oğlu və xadiməsi Qasımova Nurəngiz Miri qızının yubileyi qeyd edilmişdir.
AZTU-da tədris ilinin uğurla başa çatması münasibətilə korporativ tədbirin təşkili və keçirilməsi.
AZTU-da tədris ilinin uğurla başa çatması münasibətilə korporativ tədbirin təşkili və keçirilməsi.
AZTU HİK-in təşkilatçılığı ilə 11.07.2026-cı il tarixində Park Wine by Hollywood məkanında tədris ilinin uğurla başa çatması münasibətilə kollektivin birgə fəaliyyətini dəyərləndirmək, əməkdaşlar arasında komanda ruhunu daha da gücləndirmək, il ərzində əldə olunan nailiyyətləri qeyd etmək və növbəti tədris ili üçün motivasiyanı artırmaq məqsədilə korporativ tədbir keçirilmişdir. Tədbir çərçivəsində il ərzində fərqlənən əməkdaşların təltif edilməsi, təbrik çıxışları və kollektiv nahar təşkil olunmuşdur. Tədbir zamanı universitetin müxtəlif sahələrində fəaliyyət göstərən əməkdaşlara motivasiya xarakterli müxtəlif nominasiyalar üzrə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir. Tədqiqat mükəmməlliyi, akademik fəaliyyətdə mükəmməllik,fakültənin inkişafına töhfə, sənaye tərəfdaşlığı,komanda performansı, qlobal və institusional reputasiya, yüksək təhsildə mükəmməllik, keyfiyyət təminatında mükəmməllik, AZTU dəyərlərinin səfiri, İinovasiya və layihə mükəmməlliyi, ömürboyu təhsilin inkişafı kimi nominasiyalar üzrə təqdimatlar olmuşdur.
AZTU-da məzun günü qeyd olunub.

AZTU-da məzun günü qeyd olunub.
Azərbaycan Texniki Universitetinin təşəbbüsü, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Həmkarlar İttifaqı Komitəsinin (HİK) dəstəyi ilə 22 iyun 2026-cı il tarixində “Crystal Hall” da AZTU-nun tələbə həyatının mühüm mərhələlərindən biri olan Məzun Günü yüksək səviyyədə qeyd olundu.
Tədbirdə ilk olaraq çıxış edən universitetin rektoru Vilayət Vəliyev yeni həyata qədəm qoyan məzunlarımıza ən xoş arzularını bildirdi.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tərəfindən Azərbaycan Texniki Universitetinin məzunları olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri və Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Təşəkkürnamə ilə təltif olundular.
Məzunlarımızı bu əlamətdar gün münasibətilə təbrik edir, onların gələcək peşəkar fəaliyyətlərində və şəxsi inkişaf yollarında uğurlar arzulayırıq.
AZTU əməkdaşlarının yubileyi qeyd olunub.
AZTU əməkdaşlarının yubileyi qeyd olunub.
Belə ki, ənənəvi olaraq AZTU-nun rektorluğu Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Maşınqayırma və metallurgiya fakültəsinin dosenti Şıxseyidov Ağa Şıxzadə oğlu və Məmmədov Fərrux Qara oğlu, Sənaye iqtisadiyyatı və menecment fakültəsinin dosenti Mikayılov Fərhad Qamboy oğlu, Bir Pəncərə Xidməti şöbəsinin mütəxəssisi Musayev Rəjdin Qurban oğlu, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Mir-Bağırova Rahiyyə Məmməd Əli qızının yubileyi qeyd edilib.
Eyni zamanda universitetdə 45 il bağban kimi çalışmış Namazov Dilqəm Mikayıl oğlu, ağacların, bitkilərin becərilməsi, onlara qulluq edilməsi sahəsində zəngin təcrübəsi olan, işlədiyi müddətdə məsuliyyətli və zəhmətkeş əməkdaş kimi tanınmış, yaşıllıq sahələrinin qorunması və inkişafına öz töhfəsini vermişdir. Peşəsinə sevgi və yüksək məsuliyyətlə yanaşaraq üzərinə düşən vəzifələri daim keyfiyyətlə yerinə yetirmişdir. Əməkdaşlara AZTU rektorluğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib. AZTU əməkdaşlarının yubileyi qeyd olunub.Belə ki, ənənəvi olaraq AZTU-nun rektorluğu Maşınqayırma və metallurgiya fakültəsinin dosenti Şıxseyidov Ağa Şıxzadə oğlu və Məmmədov Fərrux Qara oğlu, Sənaye iqtisadiyyatı və menecment fakültəsinin dosenti Mikayılov Fərhad Qamboy oğlu, Bir Pəncərə Xidməti şöbəsinin mütəxəssisi Musayev Rəjdin Qurban oğlu, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Mir-Bağırova Rahiyyə Məmməd Əli qızının yubileyi qeyd edilib.
Eyni zamanda universitetdə 45 il bağban kimi çalışmış Namazov Dilqəm Mikayıl oğlu, ağacların, bitkilərin becərilməsi, onlara qulluq edilməsi sahəsində zəngin təcrübəsi olan, işlədiyi müddətdə məsuliyyətli və zəhmətkeş əməkdaş kimi tanınmış, yaşıllıq sahələrinin qorunması və inkişafına öz töhfəsini vermişdir. Peşəsinə sevgi və yüksək məsuliyyətlə yanaşaraq üzərinə düşən vəzifələri daim keyfiyyətlə yerinə yetirmişdir. Əməkdaşlara AZTU rektorluğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.


