Rəhbərlik

Sədr
Bəxtiyarlı Elvin Əmin oğlu
1995: anadan olmuşdur.
Təhsil
2012-2016: Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsində “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır.
2017-2019: Azərbaycan Texniki Universitetinin Mexanika və Robototexnika fakültəsində “Texnoloji komplekslərin layihələndirilməsi” ixtisaslaşması üzrə mexanika mühəndisliyi sahəsində magistr dərəcəsi əldə etmişdir.
Karyera
2015-2021: Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri vəzifəsində fəaliyyət göstərmişdir.
2017-2021: Azərbaycan Texniki Universitetinin Mexanika və Robototexnika fakültəsinin “Mexatronika və Maşınqayırma” kafedrasında laboratoriya assistenti vəzifəsində çalışmış, 2021-ci ilin sentyabr ayından etibarən həmin kafedrada müəllim kimi fəaliyyət göstərir.
2021: Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “100 illik yubiley” medalı ilə təltif olunmuşdur.
2021-2023: Azərbaycan Texniki Universitetinin rektorunun köməkçisi vəzifəsində çalışmışdır.
2021-2023: Müxtəlif beynəlxalq və yerli elmi konfranslarda məqalələrlə çıxış etmişdir.
2023: Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Xarici dillər
İngilis
Rus


